Ermənistan KTMT-dən çıxarılsa nə olar? – 'Ordu silahsız qala bilər'

Sizin brauzer HTML5-i dəstəkləmir

KTMT-də aparıcı rol oynayan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın təşkilatda qalıb-qalmayacağı məsələsinə tezliklə aydınlıq gətirilməlidir. O, üzvlük haqqını gecikdirdiyinə görə Ermənistana qarşı sanksiyaların tətbiqinin nəzərdən keçirildiyini də əlavə edib. Hərbi jurnalist Səxavət Məmməd düşünür ki, KTMT-dən çıxmaq Ermənistan üçün heç də sadə olmayacaq: "Rusiya Ermənistana qarşı hərbi sanksiyalar tətbiq edərsə, müəyyən müddətdən sonra Ermənistanın Rusiya istehsalı silahlardan istifadəsi qeyri-mümkün olacaq. Ordunun tamamilə Rusiyadan kənar formatda yenidən qurulması isə çox uzun və baha başa gələn bir prosesdir."