Kreml Pompeo-nun nominasiyasından ümidlənib

Kreml prezident Donald Trump-ın dövlət katibi vəzifəsinə Mike Pompeo-nu nominasiya etməsinin Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşacağına ümid yaratdığını ifadə edib. Moskva bildirib ki, münasibətlər indikindən daha pis ola bilməz.

Vladimir Putinin sözçüsü Dmitri Peskov martın 14-də deyib ki, “döşəmədən aşağı səviyyə yoxdur və münasibətlərin indikindən daha pis olacağını düşünmək çətindir”.

Peskov Pompeo-nun dövlət katibliyində “münasibətlərə konstruktiv və ayıq başla yanaşmaya” çağırıb.

Pompeo-nun namizədliyi Senatda müzakirə olunmalıdır. Orada ona Rusiyaya münasibəti barədə sualların veriləcəyi gözlənilir.

Birləşmiş Ştatlarla Rusiya arasındakı münasibətlər Moskvanın Ukraynda təcavüzkar hərəkətlərinə, Suriya müharibəsinə və onun 2016-cı il ABŞ seçkisinə müdaxiləsi ilə bağlı iddialara görə pisləşib.

Özünün vida nitqində Rex Tillerson deyib ki, Vaşinqton Rusiyanın “narahatlıq doğuran davranış və hərəkətlərinə” reaksiya vermək üçün hələ çox iş görməlidir.

Rex Tillerson vəzifəsindən uzaqlaşdırlmasından bir gün əvvəl Britaniyada keçmiş Rusiya casususun zəhərlənməsi ilə əlaqədar Moskvanı kəskin tənqid etmişdi.