Kosovo qızıl medalçılarını qarşılayır

Kosovonun qızıl medalçıları

Komandanın iki qadın üzvü – Distria Krasniqi və Nora Gjakova kütlə qarşısında qızıl medallarını göstəriblər

Kosovo Tokio Olimpiya oyunlarında qızıl medal qazanmış cüdo komandasını qarşılayıb. Avqustun 2-də minlərlə insan Kosovo bayraqları ilə, maşınları ilə siqnal verərək komanda üzvlərini alqışlamağa çıxıb. Komanda isə Baş nazir Albin Kurtinin müşayiətilə Priştinanın mərkəzi meydanında gəzib.

Komandanın iki qadın üzvü – Distria KrasniqiNora Gjakova kütlə qarşısında qızıl medallarını göstəriblər.

Hökumət qızıl medal qazananların hərəsinə 100 min avro verəcək.

Kosovo Tokio olimpiya oyunlarına altı idman növü üzrə 11 atlet göndərib. Ölkə 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edəndən bəri ikinci dəfədir Yay Olimpiya oyunlarına qatılır.

2016-cı ildə bu Balkan ölkəsi Rio de Janeyroda ilk dəfə olimpiadaya qatılanda cüdoçu Majlinda Kelmendi Kosovoya ilk qızıl medalı qazandırıb.