Korrupsiyadan danışana təzyiq qadağan edildi, bəs kim inanacaq?

Sizin brauzer HTML5-i dəstəkləmir

Korrupsiya barədə məlumat verən şəxslərə və onların yaxın qohumlarına təzyiq göstərilməsi qadağan edilir. Bu norma prezident İlham Əliyevin "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna edilən dəyişikliklərin icrası ilə bağlı imzaladığı yeni sənəddə öz əksini tapıb. Hüquq müdafiəçisi Zəfər Əhmədov isə qanundakı bu dəyişikliyin real təsirinin olacağına şübhə ilə yanaşır. Ekspert 2023-cü ildən bəri ölkədə korrupsiya araşdırması aparan jurnalistlərin müxtəlif ittihamlarla həbs edildiyini xatırladaraq vurğulayır: "İfşaçıya birbaşa bu səbəbdən təzyiq göstərilmir – təzyiqlər başqa bəhanələrlə olur və vətəndaş əlaqəni sübut edə bilmir".