Avropa səhmləri sürətlə ucuzlaşır

ABŞ prezidentin Donald Trump Avropaya səfər məhdudiyyəti tətbiq etmək barədə qərar verdikdən sonra Avropa səhmləri sürətlə ucuzlaşmağa başlayıb.

Trump martın 11-də, koronavirusun yayılmasının qarşısını almaq üçün ABŞ-a Avropadan səfərləri 30 gün müddətinə məhdudlaşdırıb.

STOXX 600 indeksi 4.9 faiz ucuzlaşıb, WH Smith 40 milyon funt həcmində itki proqnozlaşdırır, Dufry aeroportu bildirib ki, iş yerlərini 7.3 faiz ixtisar edəcək.