Şimali Koreya yenə də Yaponiyanın üstündən raket atdı

Şimali Koreyanın avqustun 28-də atdığı raket də eyni trayektoriya ilə uçmuşdu.

Şimali Koreya sentyabrın 15-də Yaponiyanın Hokkaydo adası üzərindən Sakit Okeana raket atıb.

Raket Yaponiya üzərindən uçaraq Hokkaydo adasının 2000 kilometrliyində Sakit Okeana düşüb. Bu barədə mıəlumatı mətbuat nümayəndələrinə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa verib.

Suqa deyib ki, “Şimali Koreya tərəfindən dəfələrlə nümayiş etdirilən bu təxribatlar yolverilməzdir və biz bu hərəkəkəti ən kəskin formada pisləyirik”.

Şimali Koreya hərbiyyəsinin məlumatına görə naməlum raket 770 kilometr yüksəkliyə qalxıb və 3700 kilometr uçaraq ABŞ-ın Sakit Okeandakı ərazisi olan Quam adasından xeyli uzaqda dənizə düşüb.

Ötən ay Şimali Koreya yenə də paytaxt Pxenyanın yaxınlığındakı eyni yerdən səmaya raket buraxmışdı. O raket də Hokkaydonun üzərindən uçaraq okeana düşmüşdü.

Cənubi Koreya bildirib ki, onun özünün raket sınağı Şimali Koreyanın bu raket buraxılışı ilə eyni vaxta təsadüf edib.

Yaponiya hadisə ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Bu raket sınağından bir gün əvvəl Pxenyan BMT Təhlükəsizlik Şurasında onun üzərinə yeni sanksiyalar qoyan qətnamənin qəbulu ilə bağlı Yaponiyanı “sulara qərq etmək” və Birləşmiş Ştatları isə “külə döndərib zülməytə bürüməklə” hədələmişdi.