Şimali Koreya düşmənlərini nüvə silahı ilə hədələyib. Ölkənin rəhbəri Kim Jong Un bildirib ki, əgər Şimali Koreyanın müstəqilliyinə təhlükə yaransa, o, nüvə silahından istifadə edə bilər.
Mayın 8-də Kim Jong Un bildirib ki, o, “düşmən” ölkələrlə əlaqələri inkişaf etdirməyə hazırdır. O, Cənubi Koreyanı danışıqlara çağırıb, əlavə edib ki, ABŞ iki ölkə arasındakı əlaqələrə qarışmasın.
Kim Pyongyang-da birinci İşçilər Partiyasının konqresində bu barədə danışıb.
Şimali Koreya nüvə silahı və strateji raketlərinin sınaqdan çıxarılması səbəbilə güclü diplomatik təzyiqlər altındadır.