Kim Conq Un paradda görünüb

Kim Conq Un bu ilin fevralında (solda) və iyununda

Nüvə silahlı Şimali Koreya əvvəllər hərbi paradlarda yeni silahlarını və raket sistemlərini nümayiş etdirərdi

Şimali Koreya respublikanın qurulmasının 73 illiyi münasibətilə gecə paradı keçirib. Xəbəri KCNA dövlət xəbər agentliyi yayıb.

Ölkə lideri Kim Conq Un paytaxt Pxenyanda sentyabrın 9-na keçən gecəki tədbirə qatılıb.

Buna da bax: İranla Şimali Koreya raket əməkdaşlığını ‘bərpa edib’

Nüvə silahlı Şimali Koreya əvvəllər hərbi paradlarda yeni silahlarını və raket sistemlərini nümayiş etdirərdi.

Amma tədbirdən yayılmış fotolarda yeni raket sistemləri görünmür.

Şimali Koreya üzrə müşahidəçilər isə Kimin ciddi çəki itirdiyini və daha sağlam göründüyünü deyirlər.

İllərdir 37 yaşlı, artıq çəkili liderin səhhəti haqda şayiələr dolaşır.

İyunda dövlət mediası bir neçə həftə ictimaiyyət arasında görünməyən Kimin videosunu yaymışdı. O zaman da onun xeyli çəki atdığı görünürdü.