Vitse-spiker yaxında Milli Məclisin buraxılacağını gözləmir

Ziyafət Əsgərov

«Azərbaycanda 7 il əvvəl keçirilən referendumdan sonra ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında xeyli dəyişiklik baş verib. Dövlət sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təyin olunması baxımından referendumun böyük əhəmiyyəti var».

Bunu APA-ya Milli Məclisinin birinci vitse spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Buna da bax - Konstitusiya Məhkəməsi referenduma müsbət rəy verdi

Z.Əsgərov qeyd edib ki, Referendum Aktı layihəsində Milli Məclisin səlahiyyətləri azalmır. Əksinə, parlamentin normal fəaliyyətdə işləməsindən ötrü yeni mexanizm təklif olunur: «Fövqəladə hal baş verdikdə, parlamentin fəaliyyəti iflic vəziyyətə düşməsin deyə, prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Layihədə Milli Məclisin hansı hallarda buraxıla biləcəyi göstərilib».

Z.Əsgərov deyib ki, yaxın gələcəkdə Milli Məclisin buraxılmasını güman etmir.O, Azərbaycan xalqının Referendum Aktını dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.

Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?

İyulun 18-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərilib.

Bu gün - iyulun 25-də isə Konstitusiya Məhkəməsi Akta müsbət rəy verib.

Həmin Aktda Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir. Onlar hesab edir ki, bu dəyişikliklərlə prezidentin ailə üzvləri və yaxınları hakimiyyət idarəçiliyinin yüksək pillələrinə gətiriləcək.