Azərbaycanda Konstitusiya Günüdür

Azərbaycan Konstitusiya

1995-ci il noyabrın 12-də Azərbaycanın mövcud Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın bu ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.

27 il ərzində Konstitusiyaya üç dəfə- 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, habelə 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əliyevlərin xeyrinə 3 Konstitusiya dəyişikliyi

2002-ci il...

2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi ləğv edilib və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu alıb. (Proporsional seçki sistemi - səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. 2002-ci ilə qədər Azərbaycan parlamentində yerlərin beşdə biri, 25 deputat bu sistemlə seçilirdi)

2009-cu il...

2009-cu ildə də bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bundan sonra prezident İlham Əliyev üçüncü və dördüncü dəfə bu vəzifəyə seçilib.

Buna da bax:

'Konstitusiyamızın işləmə mexanizmində problemlər var'

2016-cı il...

Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Ölkədə vitse-prezidentlik statusu təsis edilib. Bundan bir il sonra - 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən İ.Əliyev öz xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin edib.

Ümumilikdə hər üç referendumda ölkənin Əsas qanununa çoxsaylı dəyişiklik və əlavələr edilib.

2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, həmin vaxtdan artıq iş günüdür.