'Ya təklif olunan ev, ya status!' – Laçın köçkünü: 'Laçından başqa heç hara!'

Sizin brauzer HTML5-i dəstəkləmir

Təklif olunan yaşayış yerindən imtina edən məcburi köçkünlər bu statusu itirə bilərlər. Bu barədə müddəa iyunun 3-də parlamentdə "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Laçın sakini Qurban Abdullayev isə doğma yurdundan başqa yerə köçmək istəmədiyini deyir: "Əgər mənə doğma yurdumdan kənarda ev təklif olunarsa və mən getmək istəməsəm, buna görə sosial təzyiqlərlə üzləşməməliyəm. Bu, yolverilməzdir. Mənə Laçında təsərrüfatla məşğul olmaq üçün torpaq sahəsi verilsə, bəsimdir. Təəssüf ki, hər kəs mövcud iş imkanlarından yararlana bilmir".