Ukraynada səfərdə olan ABŞ kəşfiyyatının rəhbəri Uilyam Bernsə müharibənin bitirilmə planı açıqlanıb.
Bu barədə Ukrayna və Amerika rəsmilərinə istinadən "Washington Post" xəbər verir.
Buna da bax: Baş komandan Zalujnı Qərbə: Müharibə şou deyilMəlumatına görə, Berns iyun ayında Kiyevdə səfərdə olanda Ukrayna prezidenti və Ukrayna kəşfiyyatının rəsmiləri ilə görüşüb.
Bu zaman ABŞ kəşfiyyatının rəhbərinə payıza qədər Rusiyanın ələ keçirdiyi böyük bir ərazini geri almağı, Ukraynanın şərqinə doğru irəliləməyi, artilleriya və raket sistemlərini ilhaq edilmiş Krıma köçürməyi, sonra isə Moskva ilə danışıqlar aparmağın planlaşdırıldığı bildirilib.
"Washington Post" a görə, Ukrayna rəsmiləri bildirirlər ki, "ideal ssenaridə" Ukrayna ordusunu və güclü silahlarını Krımla sərhədə daşıyaraq Rusiyaya qarşı təsir rıçaqları əldə edəcək.
Buna da bax: Sorğu: Amerikalıların Ukraynaya, rusiyalıların sülhə rəğbəti artırBundan sonra Kiyev yarımadanın güc yolu ilə alınmamasına razılıq verməklə Rusiyadan Ukraynanın Qərbdən ala biləcəyi hər hansı təhlükəsizlik zəmanətini qəbul etməyi tələb edəcək-məlumatda bildirilir.
ABŞ - Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns. Virciniya, 8 iyul 2022
Ukraynanın Krımın statusu ilə bağlı danışıqlara hazır olub-olmayacağına gəldikdə, bu barədə məlumatların olmadığı bildirilir, amma o da xatırladılır ki, Kiyev ərazi güzəştləri imkanlarını inkar edir.
Rusiyanın belə bir danışıqlara razı olub-olmayacağına gəlincə, vurğulanır ki, yüksək rütbəli ukraynalı məmur "Washington Post" a Rusiyanın təhlükə hiss etdiyi halda bunun mümkün olduğunu bildirib.
Məlumatda Bernsin Kiyevə səfərinin "Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojinin üsyanından əvvəl baş tutduğu bildirilir.
Buna da bax: Priqojin əhvalatı bitmədimi?“The Wall Street Journal” yazır ki, hadisədən sonra Berns Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkinə zəng edərək şəxsən ABŞ-ın üsyanda iştirak etmədiyini bildirib. Bundan əvvəl ABŞ prezidenti Co Bayden də bunu açıq şəkildə bəyan edib.