Kiyev Ukraynanın vurulmasında Rusiyanın istifadə etdiyi İranın "Şahed" pilotsuz aparatlarında Qərb ölkələrində istehsal olunan çoxsaylı detalları üzə çıxardığını bildirir. Bunu yerli televiziyaya müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksiy Danilov deyib.
Onun sözlərinə görə, həmin detallar Ukraynaya hərbi-texniki dəstək verən Qərb ölkələrinə məxsusdur.
Buna da bax: İranın Rusiyaya Xəzər dənizi ilə silah-sursat daşıdığı deyilirDanilova görə, beynəlxalq sanksiyalara məruz qalan İrana bu kimi detalların verilməsi çoxsaylı suallar yaradır. Amma digər tərəfdən də o etiraf edir ki, bu detallar İrana Rusiyanın Ukraynaya təcavüzündən əvvəl də verilə bilərdi.
Beləki Ukraynanın vurulmasında istifadə edilən dronların əhəmiyyətli bir hissəsinin 2019-2021-ci illərdə istehsal edildiyi bildirilir.
Hələ mart ayının sonlarında “Azadlıq” radiosunun Ukrayna xidməti hərbi ekspertlərin vurulmuş "Şahed" dronunun detallarını təhlli edən görüntülərini verib.
Həmin videoda Kanadada istehsal olunmuş detalların olmasına diqqət çəkilir.
İranın Rusiyaya göndərdiyi dronları modifikasiya etməsi ilə bağlı ehtimallar da səslənməkdədir.
Britaniyanın münaqişə silahlarını araşdıran Conflict Armament Research (CAR) analitik şirkətinin bir müddət əvvəlki hesabatında deyilir ki, məqsəd dronların Ukrayna infrastruktuna daha dağıdıcı zərbələr endirməsini təmin etməkdir.
Həmin hesabata görə, ötən ilin oktyabrında Odessa yaxınlığında tapılmış "Şahed 131" dronunun qırıntılarından onun zərbə hissəsinin “tələm-tələsik modifikasiya” edildiyi məlum olub.
Buna da bax: Araşdırma: İran Rusiya üçün dronları daha ‘ölümcül’ edirAydın olub ki, zərbələrin daha ölümcül olması üçün “modifikasiya” zamanı dronların döyüş başlığına çoxsaylı əlavə metal qırıntıları doldurulub.
Bundan başqa ekspertlər onu da üzə çıxarıblar ki, "Şahed"dronlarının döyüş başlığına əlavə olaraq daha 18 kiçik partlayıcı detallar da əlavə edilib.