Kiyevdə partlayışlar baş verdiyi bildirir

Kiyevdə dağılmış ev

Paytaxt meri Vitali Kliçko teleqram kanalında partlayışların Kiyevin iki rayonunda baş verdiyini yazıb

Rusiyanın Ukraynaya hərbi təcavüzünün 102-cü günü, səhər saatlarında paytaxt Kiyevdə bir-neçə yerdə patlayışlar olduğu bildirilir. Kiyevin meri Vitali Kliçko teleqram kanalında partlayışların paytaxtın Dnepr və Darnitsa rayonlarında baş verdiyini yazıb.

"Paytaxtın Darnitski və Dniprovski rayonlarında bir neçə partlayış baş verib. Xidmətlər artıq yerində işləyir. Ətraflı məlumat daha sonra veriləcək", - Kliçko bildirib.

Kiyevin peyk şəhəri olan Brovarının meri İqor Sapojko bildirib ki, atəş səhər saat 6 radələrində şəhərə “yaxın” baş verib. "Hələlik Brovari icmasında dağıntılar barədə məlumat yoxdur", - mer Sapojko bildirib.

Buna da bax: Ukrayna ordusu Severodonetskdə itirdiyi mövqelərin 20 faizə qədərini geri aldığı bildirir

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri, həm də Ukrayna-Rusiya danışıqlarında (hazırda danışıqlar aparılmır) aparıcı üzvlərdən biri olan Mixailo Podolyak mayın 4-də ümummilli telemarafonun efirində bildirib ki, Rusiya Ukraynanın şərqində “hərbi həll yoluna arxalanıb”, ona görə də hazırda Kiyev sülh danışıqlarını davam etdirməyin mənasını görmür.

“Bu gün danışıqlarda fasilə var... Böyük miqdarda resursları, ehtiyatları, canlı qüvvəni ora cəmləyiblər... Onlar müəyyən situasiya qələbələri əldə etmək, yəni ərazimizin bir neçə kilometrini ələ keçirmək istəyirlər və bundan sonra danışıqların aparılmasını tələb edirlər. güc mövqeyindən,” Podolyak hesab edir.

Buna da bax: Kəşfiyyat: Rusiyanın dəqiq idarə olunan raketləri əhəmiyyətli dərəcədə tükənib

Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat bülletenində bildirilir ki, Rusiya hava zərbələri və kütləvi artilleriya bombardmanlarını birləşdirərək təyyarələrdən istifadəni artırıb.

"İdarə olunmayan hərbi sursatlardan istifadənin artması Donbassda yaşayış məntəqələrinin geniş şəkildə dağıdılmasına səbəb olub və demək olar ki, bu mülki əhali arasında əhəmiyyətli itkilərlə nəticələnib", - Britaniya hərbi kəşfiyyatı qeyd edir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Rəsmi Moskva qonşu ölkəyə qarşı hərbi təcavüzi müharibə deyil, "xüsusi əməliyyat " adlandırır.