Mayın 28-i şəhərin yaranma günündə paytaxt Kiyevə kütləvi dron hücumları olub.
Şəhər hərbi idarəsinin verdiyi məlumata görə, bazar günü gecə şəhər Rusiya pilotsuz təyyarələrinin kütləvi hücumuna məruz qalıb. Xəbərdə bildirilir ki, hava hücumundan müdafiə qüvvələri azı 40 pilotsuz aparatı vurmağa nail olub.
Hücumlar nəticəsində bir nəfərin həlak olduğu bildirilir.
Buna da bax: Rusiya Ukraynada 'sülh'ün 6 şərtini açıqlayıbŞəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko dediyinə görə, bu, tammiqyaslı işğalın başlanmasından bəri paytaxta edilən ən kütləvi dron hücumudur.
Hücum zamanı İran istehsalı olan “Şahed” pilotsuz uçuş aparatlarından istifadə olunduğu vurğulanır. O da qeyd olunur ki, bir neçə dalğada həyata keçirilən hava hücumu beş saatdan çox davam edib.
Ukrayna paytaxtının bir sıra rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb. Rəsmi qurumların məlumatlarına görə, bəzi yerlərdə yanğınlar vurulan dronlardan qalıqlarının yerə düşməsi nəticəsində baş verib.
Buna da bax: Ukrayna Almaniyadan 500 km-ə çatan raketlər istəyibRusiya 2022-ci il fevralın 24-də Ukraynaya səbəbsiz olaraq hərbi təcavüz edib. Hələ də davam edən müharibədə Ukraynada şəhərlər, kəndlər dağıdılıb, minlərlə insan həlak olub, 100 minlərlə ukraynalı yaşayış yerlərin və ölkəni tərk etmək məcburiyyətində qalıb.