Rusiya hökumətinin tənqidçisi Kiril Serebrennikov saxlanıb

Kirill Serebrennikov

Rusiyada hökumətin tənqidçisi, Moskva teatrının tanınmış xadimi Kiril Serebrennikov saxlanıb. Rəsmi məlumata görə, o saxtakarlıqda günahlandırılır.

İstintaq idarəsinin avqustun 22-də yaydığı məlumata görə, Gogol Teatr mərkəzinin bəddi rəhbəri və "Yeddinci Studio"nun yardıcısı Serebrennikov 2011-2014-cü illərdə 68 milyon rubl (1.1 milyon dollar) mənimsəməkdə ittiham olunur.

Müstəntiqlər may ayında Gogol Teatr Mərkəzində və Serebrennikovun evində axtarış aparışdı və həmin vaxtdan şübhəli şəxs kimi tanınmışdı. Sonradan "Yeddinci Studio"nun direktoru Yuri İtin və mühasibi Nina Maslyayeva da istintaqın nəzarətinə alındı, Gogol Teatr Mərkəzinin keçmiş rəhbəri Aleksei Malobrodsky iyun ayında saxlanmışdı.

Serebrennikov antihökumət aksiyalarına qatılıb və Rus pravoslav kiləsəsinin artaran təsiri ilə bağlı öz narahatlığını bildirib.

Rusiya və digər ölkələrdəki sənət adamları Serebrennikovun həbsindən narahatlıqlarını bildirib və istintaqın şəffaf aparılmasını çağırıb.