Kərkük yaxınlığında 15 qadın həlak olub

Kərkük, 21 oktyabr 2016

Oktyabrın 21-də İraqda Kərkük yaxınlığında hava hücumu nəticəsində 15 qadın həlak olub. Qadınlar yas mərasimində iştirak edirmişlər.

Yerli rəsmilər xəbər verir ki, Dakikda baş verən hücum zamanı yaralanan 50 qadın xəstəxanaya aparılıb.

İraq qüvvələri ölkənin ikinci böyük şəhəri Mosulu özünü İslam Dövləti adlandıran yaraqlılardan almaq üçün hərbi əməliyyatlara başlayıb.

Yas mərasiminə edilən hücumun Kərkükdə İD yaraqlılarına qarşı əməliyyatla bağlılığı olub-olmadığı hələ məlum deyil.

İD-in hava hücumu aparması üçün hərbi təyyarəsi yoxdur.

ABŞ-dan Türkiyəyə qədət müxtəlif dövlətlər İraqın şimalında ötən il hava hücumlarından istifadə ediblər, amma onlar əvvəllər Kərkük ərazisini hədəfə almayıblar.