İyulun 13-də Kəlbəcər rayonunda arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlu Seyidlər kəndi ərazisində minaya düşüb.
DİN-in mətbuat xidmətindən Turana bildirilib ki, hadisə nəticəsində Əliyev xəsarət alıb.
Araşdırma aparılır.
Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300 cıvarında şəxs minaya düşüb, onların 50-dən çoxu həlak olub.
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırıldı, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.