Kataloniyanın keçmiş prezidenti və dörd naziri Belçika hüquq-mühafizə orqanlarına təslim olublar.
"İndependent" yazır ki, onlar könüllü olaraq Brüsseldə prokurorluğa gediblər.
Onların beşi də İspaniyanın mərkəzi hökuməti tərəfindən işdən qovulandan sonra Belçikaya qaçıblar.
Puçdemon Kataloniyadakı müstəqillik referendumunun əsas təşkilatçısıdır.
Referendumdan sonra Kataloniyanı idarə etmək səlahiyyəti mərkəzi hökumətə verilib.