Qoboy ifaçısı Kamil Cəlilov vəfat edib

Kamil Cəlilov

Qoboy ifaçısı, bəstəkar Kamil Cəlilov 84 yaşında vəfat edib.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə qaboy ifaçısının qızı məlumat verib.

K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Onun ifa etdiyi "Zəminxarə" 1990-ci ilin 20 Yanvar faciəsi zamanı bir neçə gün Azərbaycan radiosunda səslənmişdi. Azərbaycana SSRİ Silahlı Qüvvələrinin yeridildiyi, 130-dan çox şəxsin həlak olduğu, 700-dən çox insanın yaralandığı həmin günlərdə Azərbaycan Dövlət Televiziyasının enerji bloku da partladılmışdı.

K.Cəlilov 1938-ci il yanvarın 29-da Buzovnada anadan olub. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.