Gənclərlə görüşən vəkil: 'Kameralar çox soyuqdur...'

Təcridxana.

Vəkil Elçin Sadıqov noyabrın 23-də Bakı İstintaq Təcridxanasında gənc fəallar Qiyas İbrahimov Bayram Məmmədovla görüşüb.

Vəkilin deməsinə görə, gənclərin əhvalı yaxşıdır. Ancaq gənclər təcridxananın istilik sistemindən narazılıq ediblər.

“Bildirdilər ki, istilik sistemi işləməsinə baxmayaraq kameralar çox soyuqdur. Kameraların hava keçən yerləri də var və həmin yerləri “sellofan”la bağlayıblar”, vəkil deyib.

Buna da bax:​ Tbilisidə gənclərə dəstək aksiyası

Vəkil gənclərdən Qiyas İbrahimovun saxlanıldığı kameranı dəyişdirildiyini, onun məhkum olunanların yanına yerləşdirildiyini qeyd edib.

“Onun barəsindəki hökm qüvvəyə minməyib. Buna baxmayaraq onu məhkum olunmuşların kamerasına aparıblar”, deyən vəkil Q. İbrahimovun anası ilə şüşə arxasından deyil, canlı görüşməsinə qanunsuz olaraq imkan verilmədiyini də bildirib.

Vəkilin bildirdiklərinə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Bayram: «Məqsədim «böyük qardaş»ı qəzəbləndirmək idi»

Qiyas İbrahimov və Bayram Məmmədov birgə mayın 10-da saxlanıb. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirirlər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Buna da bax: 'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'

Onların məhkəməsi ayrı-ayrılıqda keçirilib. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Q. İbrahimova 10 il həbs cəzası verib. O, məhkəmədə məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edildiyini bildirib.

Bayram Məmmədovun məhkəməsi isə davam edir. O isə çıxışında Azərbaycanda məhkəmələri tamaşa, prezident İlham Əliyevi də rejissor adlandırıb.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi