Kamal Kılıcdaroğlunun maşınına silahlı hücum- [Video]

-

Türkiyədə müxalifətdə olan “Cümhuriyyət Xalq Partiyası”nın lideri Kamal Kılıçdaroğlunun konvoyuna hücum edilib.

Hücumu ölkənin şimal-şərqində PKK yaraqlıları törədib.

Daxili işlər naziri Efkan Ala NTV kanalına müsahibəsində müxalifət liderinə heç nə olmadığını bildirib.

Nazir atışma zamanı 3 hərbçinin yaralandığını və yaraqlıların təqib olunduqlarını deyib.

NTV və CNN kanalları Artvin şəhərinin yaxınlığında polisin təqib olunan yaraqlılara atəş açdığını göstərən video yayıb.

Kılıçdaroğlunun özü hücumdan sonra NTV kanalına müsahibəsində salamat olduğunu deyib.

Prezident Racep Tayyip Erdogan və baş nazir Binali Yıldırıma hadisə barədə məlumat verilib.

Hücuma görə cavabdehliyi hələ ki, heç kim üzərinə götürməyib.

Hakimiyyət bu ay bölgədə törədilən hücumlara görə kürd yaraqlılarını günahlandırır.

PKK yaraqlılarının son vaxtlar bölgədə fəallaşdığı müşahidə olunur.

Kamal Kılıcdaroğlu Türkiyədəki son hərbi çevriliş cəhdi zamanı hökumətin güc yolu ilə devrilməsi planını, baş nazir Recep Tayyip Erdoğanı hakimiyyətdən salma cəhdini pisləmişdi.