Kaliforniyada senatora görə bir qızın sevimli keçisi zorla əlindən alınıb və kəsilib

Keçi, arxiv foto

ABŞ-ın Kaliforniya ştatının hələ on yaşı tamam olmayan sakini yarmarkada satmaq üçün Sidr keçisi yetişdirib.

Lakin qız heyvana bağlanıb və onu kəsməyə vermək istəməyib. Yarmarkanın təşkilatçıları ailəni cinayət işi ilə hədələyərək polisə müraciət ediblər. Polis keçini qızdan məcburi alaraq kəsim məntəqəsinə göndərib.

"The Guardian" nəşrinin yazdığına görə, qızın valideynləri məhkəməyə müraciət ediblər. Ana, polis idarəsini qızının təməl hüquqlarını pozmaqda və agentlik resurslarını israf etməkdə ittiham edib.

Məlumata görə, ailə keçini keçən il qızları gənclərin əkinçilik proqramına qoşulduğu zaman alıblar.

Qaydalara görə, onlar keçini böyüdüb 2022-ci ilin iyununda yarmarkada satmalı idilər. Ancaq qız saxladığı keçiyə öyrəşdiyindən təhvil vermək vaxtı gələndə onu heç kimə verməyəcəyini bildirib.

Anasının dediyinə görə, ev heyvanı kimi çox sevdiyi keçinin qəssabxanaya göndəriləcəyi fikri onun qızı üçün dözülməz olub. Ailə yarmarka təşkilatçılarına keçinin satışından əldə edilə biləcək gəlirin əvəzini ödəməyi təklif edib.

Lakin birlik bildirib ki, keçi yarmarkaya gətirilməsə, ailə böyük oğurluqda ittiham olunacaq. Təşkilatçılar hətta qızın son bir il ərzində üç nənə və babasını itirdiyini biləndən sonra belə öz fikirlərindən yayınmayıblar.

Keçinin əti qubernatorluğa namizədliyini irəli sürən Kaliforniyanın respublikaçı senatoru Brayan Dale-yə satılmalı idi.

Beləki sözü gedən keçinin ətinə ən yüksək qiyməti o təklif edib-902 dollar və bu aksiyonu udub. Senatorun nümayəndələri ailəyə bildiriblər ki, "keçinin xilas olunması ilə bağlı onların səylərinə mane olmayacaqlar.

Nəticədə yarmarkalar birliyi “məhkəmələrdən yayınmaq və dərhal hüquq-mühafizə orqanlarını işə cəlb etmək” qərarına gəlib. İddiaya görə, polis orderinin olmamasına baxmayaraq, keçi ailədən alınaraq yarmarkaya aparılıb və sonra kəsilib.

Polis qarşıdakı məhkəmə prosesi ilə bağlı şərh verməkdən imtina edib. Yarmarkalar Assosiasiyası və senator Deyl-in nümayəndələri məsələ ilə bağlı sorğuları cavabsız qoyublar.