Çeçenistanın dövlət televiziyasının direktoru respublika lideri Ramzan Kadırovun “düşmənləri”ini ölümlə hədələyib.
Çingiz Əhmədov iyunun 21-də Instagram videosunda deyib ki, “Ramzan Kadırovun yanındadır”.
“Kiməsə ölüm lazımdırsa, ölümə layiqdirsə öldürəcəyik. Söz demək lazımdırsa, söz deyəcəyik”, – o vurğulayb.
Əhmədovun sözlərinə görə, “Ramzan Kadırovun düşməni çeçen xalqının düşmənidir”, şəxsən onun düşmənidir.
Kadırovun hakimiyyəti dövründə Çeçenistanın təhlükəsizlik xidmətləri siyasi opponentlərə qarşı insan haqları pozuntuları ilə ad çıxarıblar. Pozuntular sırasında işgəncə, adam oğurluğu və qətllər var.
Kadırov özü dəfələrlə jurnalistləri və tənqidçilərini ölümlə hədələyib. O daha öncə bildirib ki, ölüm təhdidləri və qorxutma “çeçen etikası”nın tərkib hissəsidir.