Avropa İttifaqı atəşkəsə çağırır

Josep Borrell

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell sentyabrın 27-də Dağlıq Qarabağdakı Təmas Xətti boyunca gedən hərbi əməliyyatların gedişində hərbçilərin və mülki şəxslərin həlak olması ilə bağlı təəssüf ifadə edib.

O deyib ki, Avropa İttifaqı dərhal atəşkəsə və de-eskalasiyaya çağırır.

Cənab Borrell tərəfləri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə təcili qaydada danışıqlara qayıtmağı tövsiyə edib.