Deputatın oğlu 2017-ci ildə polisdən qaçmağa çalışarkən yol qəzasında həlak olub
Gürcüstanda hakim Gürcü Arzusu partiyasından deputat İrakli Xaxubiya Tbilisidəki evində ölü tapılıb, yanında isə odlu silah aşkarlanıb.
Qətl versiyası tamamilə istisna olunmasa da, Daxili İşlər Nazirliyindən oktyabrın 27-də AzadlıqRadiosuna deyilib ki, Xaxubiyanın ölümü üzrə cinayət işi açılıb, intihar mümkün səbəb kimi araşdırılır.
Medianın yazdığına görə, 51 yaşlı deputat 21 yaşlı oğlu Beka Xaxubiyanı itirəndən sonra səhhətində problemlər yaranmışdı. Oğlu 2017-ci ildə polisdən qaçmağa çalışarkən yol qəzasında həlak olub.
2019-cu ildə iki polis əməkdaşı Beka Xaxubiyanın ölümünə görə vəzifədən sui-istifadədə təqsirli bilinib, 2 il yarım və ilyarım həbs cəzasına məhkum ediliblər.