İçərişəhərin Qala divarı niyə uçub

Sizin brauzer HTML5-i dəstəkləmir

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi deyir ki, tarixi 12-ci əsrə gedib çıxan Qala divarı yağış nəticəsində yaranan rütubət və təbii eroziyaya görə uçub. Memar Elçin Əliyev isə düşünür ki, səbəb divara yaxın restoran açılmasıdır: "İkinci bir fəlakət, həmin restoranları yenə də divara yapışdırdılar. Özü də orada Qala divarında pəncərə var idi".