N.Nərimanov 31 Mart qırğınlarının qarşısını ala bilərdimi?

Nəriman Nərimanov

Üstəlik, təkcə Nəriman Nərimanov deyil, o vaxtlar Bakı Xalq Komissarları Sovetinin üzvü olan Məşədi Əzizbəyov və Mir Həsən Vəzirov.

AzadlıqRadiosunun «İz» proqramı bu sayında 1918-ci il 31 Mart qırğınlarının izinə düşərək bu suallara cavab axtarıb:

- 31 Mart qırğınlarında Bakı niyə əsas hədəf seçilmişdi?

- Olaylar necə başlandı?

- Təşkilatçılar kimlər idi?

- Bakıya nə qədər ziyan dəydi?

31 Mart qırğını

- Şəhərin ən çox hansı məhəllələri, hansı tarixi abidələri dağıldı?

- Kimlər talan olundu, nələr viranə qaldı?

- Bakı Xalq Komissarları Sovetində təmsil olunan 3 azərbaycanlının hadisələrə təsir imkanı vardımı?

- Sayı minlərlə ölçülən insan ölümünün önünü kəsmək olardımı?

- Tarix 31 Mart qırğınlarını törədənləri necə cəzalandırdı? Kimlər öldü, kim sağ qaldı?

- Və nəhayət, 31 Mart qırğınları yerli mətbuatda necə əksini tapdı?

«Kaspi» qəzetinin Nikolayevski küçəsində yerləşən binası Mart hadisələrində baş vermiş yanğından sonra.

Yarım saat boyunca tarixçi İlqar Niftəliyev və mətbuat araşdırıcısı Akif Aşırlı həmin sualları cavablandıracaq.

Veriliş boyu 31 Mart qırğınlarını nəsildən-nəslə ötürərək yaddaşlarda yaşadanlar da danışacaq.

AzadlıqRadiosunda Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri vərəqlənəcək...

Bu «İz»i itirməyin!

Sizin brauzer HTML5-i dəstəkləmir

N.Nərimanov 31 Mart qırğınlarının qarşısını ala bilərdimi?