DİN Şəhidlər xiyabanına gedənlərin saxlanmasına münasibət bildirib
Ehsan Zahidov, 2011
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bu gün, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Report"-a bildirib ki, yanvarın 19-da Milli Şuraya daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb.
Onun vurğulamasına görə, lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib:
"Bu gün ( yanvarın 20-də) də bir qrup şəxs Şəhidlər xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Bu da şəhidlərimizi ziyarətə gələn insanların haqlı narazılığına səbəb olub. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdırma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər xiyabanında qarşıdırma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək".
E. Zahidov saxlanılan şəxslərin sayını və adlarını açıqlamasa da, araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.
AXCP nə deyir?
AXCP-nin toplantısı, 25 sentyabr p2010
Milli Şuraya daxi olan AXCP-də isə baş verənləri rəzalət adlandırıblar. Onların deməsinə görə, baş verənlər xalqa qarşı olmaqdan, 20 yanvarda həlak olanlara hörmətsizlikdən irəli gəlir. AXCP-dən hesab edirlər ki. baş verənənlərdə məqsəd Milli Şuranın və başqa müxalifət qüvvələrinin ziyarətinin kütləvi alınmasına imkan verməmək olub. Saxlananlardan bir çoxlarının artıq sərbəst buraxıldığı deyilir.
Yanvarın 19-da isə Bakıda Milli Şura və bəzi müxalif qüvvə “ Siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq keçirib. Hakimiyyət isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir.
Müxalifət maneələrdən şikayətlənir
AXCP üzvləri anım mərasiminə gedərkən bəzi problemlərlə üzləşiblər, 20 yanvar 2019
Bugün, yanvarın 20-də bir sıra müxalifət partiayalarının rəhbər şəxsləri və onların tərəfdarları da 20 yanvar hadisələrində həlak olan insanların xatirəsini anmaq məqsədi ilə Şəhidlar xiyabanını ziyarət ediblər. Xiyabanda həmin hadisələrdə halak olan insanların əksəriyyəti dəfn olunub. Ziyatətçilər arasında REAL, Müsavat partiyalarının və Milli Şura rəhbərliyi də olub.
REAL partiyası, 20 yanvar 2019
Müsavat partyası üzvləri, 20 yanvar 2019
Müxalif qüvvələrin bildirməsinə görə, ziyarət zamanı onlara müəyyən maneələr yaradılıb.
20 yanvar hadisələrinin 29-cu ildönümü, 20 yanvar 2019
Belə narazılıq həm Müsavat Partiyası və həm də Milli Şura təmsilçilərindən eşidilib. Onlar vurğulayıblar ki, polis müxalif partiyaların rəhbərlərini öz tərəfdarları ilə birlikdə Şəhidlər xiyabanına buraxmayıblar, yalnız ayrı-yrılıqda, kiçik qruplarla ziyarətlər gerçəkləşdirilib.
Saxlananların olduğu deyilir
Verilən məlumata görə, maneələr bəzi hallarda etirazlar və müxtəlif şüarların səslənməsi ilə nəticələnib.
Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib ki, polis onların üzvülərindən və fəallardan bəzilərini saxlayıb
Amma bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
20 yanvar günləri, bundan əvvəlki illərdə də oxşar şikayətlər eşidilib. Onda rəsmi qurumlar vurğulayıblar ki, heç də müxalifət qüvvələrinə maneələr yaradılmıır. Onların deməsinə görə, ziyarətdə sıxlıq yaranmasın deyə, hamı eyni vaxtda yox, mərhələlərlə Şəhidlər xiyabanına buraxılır. Rəsmilərin habelə vurğulamasına görə, bəzi müxalifət qüvvələri Ümumxalq hüzn günündən də siyasi məqsədlər və özlərinin reklamından ötrü istifadə etməyə çalışırlar.
Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 29-cu ildönümü qeyd edilir.
Hər il yanvarın 20-də həmin hadisələr ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunur.
Səhər saatlarından minlərlə insan Şəhidlər xiyabanına gələrək 20 yanvar hadisələrində həlak olan insanların xatirəsini anırlar.
Prezident və hökumət nümayəndələri
Prezident İlham Əliyev və hpökumət üzvləri Şəhidlər Xiyabanını ziyarət edir, 20 yanvar 2019
Azərbaycan prezidenti İlham Əliyev də yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 yanvar hadisələrində həlak olan insanların xatirəsini yad edib.
Dövlət və hökumət rəsmiləri, ölkədəki dini icmaların başçıları, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də ziyarətçilər arasında olub.
Sükut və...
Bakıda bir dəqiqəlik süküt zamanı, 20 yanvar 2019
Bu gün, yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bir çox ərazisində 20 Yanvar hadisələrində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda 20 yanvar faciəsi qurbanlarının xatirəsi anılır
Bu gün, yanvarın 20-də paytaxt sakinləri kütləvi şəkildə səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət etməkdədirlər.
Arxiv foto
***
Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 29-cu ildönümü qeyd edilir.
Hər il yanvarın 20-də həmin hadisələr ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunur.
Buna da bax: Mirzə Xəzər 20 Yanvara qayıdır...Gün ərzində minlərlə insanın- ölkə prezidentinin, dövlət, hökumət üzvlərinin, müxalifət partiyalarının, deputatların, diplomatik korpusun nümayəndələrinin və sıravi vətəndaşların BakıdaŞəhidlər xiyabanını ziyarəti edəcəkləri gözlənir.
Şəhidlər Xiyabanı, fəxri karaul, 20 yanvar 2019
Buna da bax: Sovet qəzetlərinin 20 Yanvardan əvvəl və sonra yazdıqlarıBakıda Şəhidlər xiyabanına gedən yolda ( Mətbuat prospektində.Eyni zamanda bu yolla kəsişən bütün küçələrdə) avtomobilin hərəkətləri məhdudlaşdırılıb, polis gücləndirilmiş iş rejiminə keçib.
Ümumxalq hüzün günü Azərbaycanın bütün bölgələrində də qeyd edilir.
Buna da bax: «Partbiletimi Bakatinin ağzına soxdum»XATIRLATMA
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 130-dan çox şəxs həlak olub, 744 nəfər yaralanıb. Üstəlik, 841 nəfərin həbs olunduğu bildirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Mirzə Xəzər 20 Yanvara qayıdır [2-ci hissə]
Həmin insanlar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi sayılırlar.