İtkin düşmüş hərbçinin qardaşı: "İnsan üçün ən ağrılı əzizini meyitlərin içindən axtarmaqdır."

Sizin brauzer HTML5-i dəstəkləmir

44 günlük müharibədən sonra, Müdafiə Nazirliyinin ötən ilin dekabrında açıqladığı ilk siyahıda 100-dən artıq hərbçi rəsmi itkin sayılırdı. Aparılan axtarışlar və DNT analizləri nəticəsində onların çoxunun nəşi tapılıb. İtkin siyahısında hazırda 7 nəfər qalır. Onlardan biri də Elnur Qədirlidir.