Oktyabrın 30-da İtaliyada 6,5 bal gücündə baş verən zəlzələ nəticəsində onlarla adam yaralanıb. Ölənlərin olması haqda məlumat verilmir.
Zəlzələ Norcia şəhəri yaxınlığında, 10 km dərinlikdə qeydə alınıb.
Avqustun 24-də İtaliyada baş verən 6 bal gücündəki zəlzələ nəticısində 300-ə yaxın adam ölmüşdü.