İtaliyanın yeni baş naziri Paolo Gentilonidir

Paolo Gentiloni

İtaliya prezidenti Sergio Mattarella xarici işlər naziri Paolo Gentiloniyə yeni hökuməti qurmağı tapşırıb.

Yeni baş nazir ən qısa vaxtda yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacağını bildirib.

Matteo Renzinin başçılığı altındakı koalison hökumət bir həftə əvvəl Konstitusiyaya edilən dəyişikliklə bağlı keçirilən referendumdan sonra məğlub olmuşdu. Bundan sonra Renzi istefa vermişdi.