80 yaşlı Sercio Mattarella ikinci müddətə İtaliyanın prezidenti seçilib.
Parlament palatalarının və region nümayəndələrinin birgə iclasında səsvermə zamanı onun namizədliyi tələb olunan 505 səs baryerini keçib.
Mattarella səkkizinci səsvermədə prezident seçilib. Onun yenidən dövlət başçısı postuna seçilməsi aparıcı siyasi qüvvələr arasında razılaşmanın nəticəsi olub.
İlkin olaraq veteran siyasətçi daha 7 il müddətinə namizəd olmaqdan çəkinib.
Lakin 7 tur səsvermədən sonra məlum olub ki, deputatlar, senatorlar və bölgə nümayəndələrindən ibarət Seçicilər Kollegiyası Mattarellanın varisini seçə bilməyib.
Hazırkı baş nazir Mario Draqinin prezident seçilmək şansları olsa da hakim koalisiyaya daxil olan bir çox partiyalar hökumətin dağılmasından və siyasi böhrandan ehtiyat edərək, onun baş nazir postunu tərk etməsini istəməyiblər.
Buna da bax:
İ.Əliyev Mattarellanı və qızını təltif etdiSilvio Berluskoni özünə kifayət qədər dəstək ala bilmədiyi üçün namizəd olmaqdan imtina edib.
Nəticədə şənbə günü aparılan danışıqlar zamanı koalisiyanın aparıcı siyasətçiləri Mattarellanı öz postunda qalmağa razı sala biliblər. O, 2015-ci ildən bu postdadır.
Səsvermə nəticəsində o, böyük fərqlə qalib gəlib. İtaliyada prezident ilk növbədə təmsilçilik funksiyalarını yerinə yetirir, lakin ənənəyə görə, böyük siyasi çəkisi var. O, həmçinin siyasi böhran vəziyyətində Parlamenti buraxmaq səlahiyyətinə malikdir.
İtaliya tarixində indiyə qədər prezident yalnız ikinci müddətə yenidən seçilib.