İstanbuldakı terrorda iki azərbaycanlı yaralanıb

İstanbul, Reina gecə klubu

31 dekabr gecəsi İstanbuldakı "Reina" gecə klubunda törədilmiş terror zamanı yaralananlar arasında iki Azərbaycan vətəndaşı olub.

Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Nazirlik sözçüsünün dediyinə görə, artıq onlardan biri evə buraxılıb və həmçinin Azərbaycan vətəndaşlarının axtarışı ilə bağlı İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb.

Bayram gecəsi terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 65 nəfərdən dördünün vəziyyəti ağırdır.