İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü axşam saatlarında Təl-Əvivdəki "Şiba" klinikasına yerləşdirilib. “The Jerusalem Post” ürək aritmiyalarına nəzarət üçün onun kardiostimulyatorla təchiz edildiyini və əməliyyatın uğurla keçdiyini yazır.
O da xəbər verilir ki, Netanyahu parlamentdə məhkəmə islahatları ilə bağlı səsvermədə iştirak üçün bazar ertəsi xəstəxananı tərk edəcəyinə ümid edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
İsrail liderinin Bakıdakı İran mesajı: Tehran bu dəfə niyə susdu?
İyulun 24-də səsverməyə çıxarılacaq məhkəmə islahatları İsraildə kütləvi etirazların əsasını təşkil edir. İslahata qarşı olanların fikirincə bu, hökumətin qərarlarına məhkəmə nəzarətini zəiflədəcək və faktiki olaraq məhkəmələr müstəqilliyini itirəcək.
Netanyahu və onun müttəfiqləri isə hakimlərin “həddindən artıq” səlahiyyətlərini cilovlamaq üçün islahata ehtiyac olduğunu iddia edirlər.
İslahat layihəsinə qarşı etirazlar bu ilin martında başlayıb. Başlayan gün 600 minə yaxın adam küçələrə çıxıb, ölkədə tətilər başlayıb. Bundan sonra Netanyahu məhkəmə islahatlarına baxılmasını Knessetin yay sessiyasına qədər təxirə salmaq qərarına gəlib.
Buna da bax: İsrail prezidenti Bakıda İran təhlükəsindən danışıbYay ssesiyası ilə bərabər etirazlar da yenidən başlayıb. İyulun 20-də on minlərlə israilli Təl-Əvivdən Qüdsə etiraz olaraq yürüş edib və parlamentin qarşısında çadır şəhərciyi qurub.