İsrailin baş naziri Benjamin Netanyahu ölkəsinin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatıındakı (UNESCO) elçisinə təlimat verib ki, İsrailin bu təşkilatdan çıxmasını rəsmən elan etsin.
İsrail UNESCO-dan çıxacağını oktyabrda elan etmişdi.
İsrailin xarici işlər nazirliyinin sözçüsü Emmanuel Nahshon deyib ki, hökumətin bu qərarı UNESCO-nun yəhudi dövlətinə qarşı "sistematik hücumlarına" və yəhudi tarixini yəhudi torpaqlarından ayırma cəhdlərinə cavabdır.
Nahshon deyib ki, təşkilatdan çıxma haqda məktub dekabrın 25-dən sonra ünvanına göndəriləcək və İsrail təşkilatı gələn ilin sonunacan tərk edəcək.
Netanyahu UNESCO-dan çıxmaq qərarını ABŞ prezidenti Donald Trump-ın anoloji qərarından sonra vermişdi.
Trump-ın qərarını "cəsarətli və mənəvi cəhətdən düzgün" adlandıran baş nazir UNESCO-nun "absurd teatrına çevrildiyini", "mədəniyyəti qorumaq əvəzinə onu saxtalaşdırmaqda" suçlamışdı.
Bu xəbər BMT Baş Assambleyasının Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtian etməsi qərarından sonraya təsadüf edir.
Buna da bax: Qüdsdə cümə namazı vaxtı Erdoğanın portretlərini qaldırıblar
Sizin brauzer HTML5-i dəstəkləmir
Qüdsdə cümə namazı vaxtı Erdoğanın portretlərini qaldırıblar