Netanyahu çoxluğu itirdi — Bakı və Ankara üçün indi nə dəyişəcək?
Sizin brauzer HTML5-i dəstəkləmir
İsraildə keçirilən parlament seçkilərində ciddi siyasi kilidlənmə yaranıb. Nə rəsmi mövqelərini itirən baş nazir Binyamin Netanyahunun bloku, nə də müxalifət cinahı hökumət qurmaq üçün lazımlı 61 mandatlıq əksəriyyəti təmin edə bilib. İndi ölkədə hakimiyyətin taleyi tarixi uğur qazanan ərəb partiyalarının verəcəyi qərardan asılıdır. Bəs bu qeyri-müəyyənlik regionun iki aparıcı paytaxtı üçün nə vəd edir? Siyasi şərhçilər bildirirlər ki, rəsmi Bakı üçün strateji xətt dəyişməz qalsa da, Ankara üçün Qüds ilə gərgin münasibətlərdə yeni və praqmatik bir səhifə açmaq imkanı yarana bilər.