Balans pozuldu: İsrailin 'soyqırımı' qərarı Əliyevi çətin seçim qarşısında qoyur

Sizin brauzer HTML5-i dəstəkləmir

Bəzi siyasi təhlilçilərin fikrincə, İsrailin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıması İlham Əliyev hakimiyyətinin üzləşdiyi ən ciddi xarici siyasət böhranı ola bilər. Azərbaycan indiyə qədər xarici siyasətini Rusiya, İsrail (Qərb) və Türkiyə üçbucağında uğurla balanslaşdırsa da, Təl-Əvivin bu addımı həmin balansı kökündən sarsıdır. Bu tezisin tərəfdarları hesab edirlər ki, Türkiyə ilə Qərb (İsrail) arasındakı qarşıdurma kəskinləşdikcə, Bakı iki mühüm müttəfiqi arasında çətin seçim qarşısında qalacaq. Rəsmi Bakının Ərdoğanla münasibətləri korlaması hakimiyyətin daxili legitimliyinə ağır zərbə vura bilər. Digər tərəfdən, İsraillə (Qərblə) əlaqələrin kəsilməsi Azərbaycanın beynəlxalq arenada təklənməsinə və kəskin xarici təzyiqlərə məruz qalmasına yol açar.