İŞİD 32 dinc sakini edam edib

Foto: arxiv

"İslam Dövləti" qruplaşması (İŞİD) İraqın Mosul şəhərində evlərə basqın edib. 32 dinc sakini tutub edam ediblər.

Terrorçular adamları İraq ordusuna casusluq etməkdə ittiham edib.

Mosul iki ildir İŞİD-in əlindəydi. Oktyabrın 17-də İraq ordusu şəhərin azadetmə əməliyyatına başlayıb. Hazırda əməliyyatlar şəhərin müxtəlif bölgələrində davam edir.