İraq və İran neft mübadiləsi haqda saziş bağlayıblar.
Sazişə görə, Kərkükün şimalından İrana gündə 30-60 min barrel neft ixrac olunacaq.
Bunun əvəzində İran öz neftini İraqın cənubundakı limanlara çatdıracaq.
İraq hətta gələcəkdə Kərkükdən İrana neft kəməri çəkməyi də planlayır.
Gözlənilir ki, bu, Kərkükdən Türkiyə vasitəsilə Aralıq dənizinə neft nəqli marşrutunu əvəzləyəcək.
İraq ordusu bir neçə ay qabaq Kərkükü kürd yaraqlılarından alıb. Həmin vaxtacan nefti kürdlər özləri satırdılar.
Bu addım orada kürdlərin müsətqillik referendumu keçirməsindən sonra atılıb.
Buna da bax: Iraq kürd muxtariyyəti referendumun nəticəsini açıqladı
Sizin brauzer HTML5-i dəstəkləmir
Iraq kürd muxtariyyəti referendumun nəticəsini açıqladı