Nəcəf şəhərində terror törədilib

Foto: arxiv

İraqda əsasən, şiələrin müqəddəs saydığı Nəcəf şəhərində partlayış olub, azı 8 nəfər ölüb.

İraq rəsmiləri bildirirlər ki, partlayışları iki bombaçı törədib.

Polis bildirib ki, yanvarın 1-də Bağdadın 180 km-də yerləşən Nəcəf şəhərində törədilən partlayışda azı 8 adam ölüb, 22-si yaralanıb. Onların arasında polislər də var.

Şahidlərin sözlərinə görə, hücumçular Nəcəfdə nəzarət məntəqəsinə atəş açıblar, bundan sonra partlatıcı kəməri partladıblar.

Bundan bir gün qabaq Bağdadda bazarların birində baş vermiş terrorda 28 adam ölmüşdü.

Hələlik, hücumla bağlı məsuliyyəti heç bir qruplaşma öhdəsinə götürməyib.

Ancaq rəsmilər partlayışın özünü İslam dövləti adlandıran qrupun törətdiyini güman edirlər.