İranın təhlükəsizlik qüvvələri bu yaxınlarda ölkənin cənub-şərqində törədilən terror aktı ilə bağlılıqda şübhəli bilinən 10 nəfəri həbs edib.
Bu barədə İRNA agentliyi dekabrın 9-da polis rəisi Hossein Ashtari-yə istinadla xəbər verir.
O qeyd edib ki, ictimaiyyətlə əməkdaşlıq nəticəsində yaxşı dəlillər əldə olunub və ümid edirik ki, əsas başçılara çıxa biləcəyik.
Polis rəisinin sözlərinə görə,şübhəlilərin əksəriyyəti ayırd edilib və hazırda axtarışdadırlar.
Dekabrın 6-da İranın Cabahar şəhərindəki polis məntəqəsinin ətrafında törədilən partlayışda azı 2 polis əməkdaşı həlak olub,40-a yaxın adamsa yaralanıb.
Hücuma görə cavabdehliyi “Ansar al-Furqan” adlı sünni qrupu üzərinə götürüb.
Cabahar şəhəri Sistan-Bəlucistan əyalətində yerləşir.
Sünni qrupları son illlər bu bölgədə təhlükəsizlik qüvvələrinə dəfələrlə bu cür hcumlar ediblər.