Azərbaycanın müdafiə naziri İrana gedib

Z.Həsənov

Z.Həsənov

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasına səfər edib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə gerçəkləşən bu səfər yanvarın 25-də başlayıb.

"Müdafiə naziri general-polkovnik Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır", - məlumatda yazılıb.