İran Bəşər Əsədi müxalifətlə əməkdaşlığa çağırıb

Vladimir Putin (ortada), Recep Tayyip Erdogan (sağda) və Hassan Rohani. Soçidə danışıqlar. 22 noyabr, 2017

İran prezidenti Hassan Rohani telefon söhbətində Suriya prezidenti Bashar al-Assad-ə deyib ki, müxalifət nümayəndələrinin də iştirak etdiyi "Milli konqres" müharibənin dağıtdığı ölkəyə sülh gətirməyə kömək edə bilər.

"Milli konqres" yaradılması təşəbbüsü İran, Rusiya və Türkiyə prezidentlərinin noyabrın 22-də Soçidə keçirilmiş toplantısında irəli sürülüb.

Rusiya və İran Bəşər Əsədi dəstəkləyir, Türkiyə və ABŞ isə Əsədə qarşı vuruşan müxtəlif yaraqlı qruplarına dəstək verir.

2011-ci ildə başlanan vətəndaş müharibəsi Suriyada 310 min insanın həyatına son qoyub, 6 milyon insan ev-eşiyini tərk etməli olub.

Buna da bax: IŞİD-ə qarşı döyüşən qadınlar [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

IŞİD-ə qarşı döyüşən qadınlar [Video]