Savaş xəbərləri fonunda İran rəsmilərinin Bakıya səfərləri artıb
Sizin brauzer HTML5-i dəstəkləmir
III Respublika Platformasının qurucu üzvlərindən Araz Əliyev deyir ki, geosiyasi maraqlar hər iki ölkəni qonşusu ilə münasibətləri inkişaf etdirməyə məcbur edir: "İran daxilində Azərbaycanı hər zaman İsrailin müttəfiqi kimi qəbul edən, Azərbaycana bir növ təhlükə və təhdid kimi yanaşan qüvvələr var. Nəticə etibarilə, hər zaman İrana qarşı hansısa bir problem yaranırsa, ilk baxılan yer Azərbaycan olur və Azərbaycan bunu istəmir".