İranda üç kəşfiyyat agentinin öldürüldüyü xəbər verilir

Piranşəhr İran-İraq sərhəd keçid məntəqəsi

Reuters agentliyi İranın yarımrəsmi Mehr xəbər agentliyinə istinadən yazır ki, ölkənin qərbindəki Piranşəhr şəhərində üç kəşfiyyat agenti öldürülüb.

Xəbərdə deyilir: İran kəşfiyyat qüvvələrinin 3 üzvü yanvarın 3-də Piranşəhrdə baş vermiş toqquşmalarda öldürülüb.

Mehr bu məlumatı İnqilab Keşikçilərindən aldığını bildirir.

Keşikçilərin bəyanatında deyilir ki, bu üç nəfər “əks-inqilabi elementlərlə” mübarizədə şəhid olub.

Bəyanatda hadisənin antihökumət etirazları ilə bağlı olub-olmadığı barədə məlumat verilmir.