İrana müdaxiləyə beynəlxalq hüquq icazə verirmi?
Sizin brauzer HTML5-i dəstəkləmir
2005-ci ildə BMT-də qəbul olunan "müdafiə məsuliyyəti" (R2P) prinsipinə görə, dövlət suverenliyi təkcə hüquq yox, həm də məsuliyyətdir. Hər bir dövlət öz vətəndaşlarını soyqırımı, müharibə cinayətləri, etnik təmizləmə və insanlığa qarşı cinayətlərdən qorumağa görə məsuliyyət daşıyır. Əgər dövlət öz əhalisini qoruya bilmirsə, BMT Təhlükəsizlik Şurası müvafiq tədbirlər görməli, lazım gələrsə, humanitar yardım və ya güc tətbiqi ilə müdaxilə etməlidir.