İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən bildirilib ki, Fondun xətti ilə indiyədək 34 min 251 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 826.7 milyon manatdan çoxdur.
"Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" ölkə prezidentinin 2005-ci il 16 sentyabr tarixli Fərmanına uyğun Mərkəzi Bank nəzdində İpoteka Fondu yaradılıb.
2015-ci ildə isə Fond yenidən təşkil edilib və "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.
Daha sonra isə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşməsi ilə "... İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.
Onda adi kreditlər 8, güzəştli kreditlər isə 4 faizlə verilir. Adi kreditlərdə maksimal məbləğ 150 min manatdır, 25 illiyə verilir, ilkin ödəniş 15 faiz təşkil edir. Güzəştli kreditin müddəti isə 30 ildir, ilkin ödəniş də bir qədər azdır.