İpoteka Fondunda yeni sədr

Illüstrasiya

-

Prezident İlham Əliyev avqustun 5-də Fəxri Xanhüseyn oğlu Kazımovu “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin sədri təyin edib.

Ölkə başçısı ötən il oktyabrın 27-də «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Səhmləri dövlətə məxsus olan “İpoteka Fondu” ASC Mərkəzi Bankın nəzdindəki Azərbaycan İpoteka Fondunun hüquqi varisidir.

Buna da bax: Ekspert: 'Sosial mənzillərin tikintisi bazara təsir göstərməyəcək'

Əvvəlki fondun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı cəmiyyətə keçib. Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabrında yaradılmışdı. İpotekaların verilməsinə 2006-cı ilin martında başlanıb.

Fond xətti ilə bu il mayın 1-dək 730 milyon 702 min manat məbləğində 17 min 995 ipoteka krediti verildiyi açıqlanmışdı.

Ötən illə müqayisədə ipoteka kreditlərinin verilməsinin təqribən 30 dəfə azaldığı bildirilir.