Pakistanın baş naziri parlamentdə etimadsızlıq səsverməsilə üzləşib

Pakistanın baş naziri İmran Xan

Martın 25-də Pakistan parlamentində ölkənin baş naziri İmran Xana qarşı etimadsızlıq səsverməsi olacaq.

Pakistan parlamentinin aşağı palatası həmin baş nazir İmran Xanın 2018-ci ildə hakimiyyətə gəlişindən bəri üzləşdiyi ən çətin sınaq kimi səciyyələndirilən etimadsızlıq layihəsini qəbul edəcək.

Bu barədə martın 20-də aşağı palata spikeri məlumat verib.

Buna da bax: Yerevana cavab: '...Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir'

Müxalifət partiyalarının ittifaqı bu ay Xana qarşı vəsatət qaldıraraq bəyan ediblər ki, baş nazirin təmsil olunduğu Pakistan Təhrik-e-İnsaf partiyasından onlarla adam istefa verəndən sonra partiya parlament çoxluğunu itirib.

Müxalifət Xanı iqtisadiyyatı və xarici siyasəti səhv idarə etməkdə ittiham edir, lakin Xan bu cür tənqidləri rədd edir. Pakistanın heç bir baş naziri səlahiyyət müddətini tam başa vurmayıb.